D’Almeyda oynadı, Mumini ehtiyatda qaldı

“Sumqayıt”ın müdafiəçisi Abdul Raşid Mumini və “Neftçi”nin yarımmüdafiəçisi Sessi D’Almeydanın üzvü olduğu Benin millisi Afrika Millətlər Kuboku çərçivəsində növbəti matçına çıxıb.

Newsport.az xəbər verir ki, qrup mərhələsinin 2-ci turunda Benin millisi Botsvana yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Benin yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini həll edən yeganə qolu 28-ci dəqiqədə Yoan Roş vurub.

“Neftçi”nin yarımmüdafiəçisi Sessi D’Almeyda qarşılaşmaya start heyətində başlayıb və 54-cü dəqiqədə Samadu Attidjikou ilə əvəz olunub. Abdul Raşid Mumini isə ehtiyat oyunçular skamyasında yer alıb.

Bu nəticədən sonra D qrupunda 3 xal toplayan Benin üçüncü pillədə qərarlaşıb. Xalı olmayan Botsvana isə qrupun sonuncusudur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right