“Lion”a “Real”dan icarə əsasında keçən braziliyalı hücumçu Endrik artıq klub tarixində rekord müəllifi olub.
Fransa klubu bir neçə gün əvvəl sosial şəbəkədə yeni transferin təqdimat videosunu yayımlayıb.
Newsport.az “The Touchline”-a istinadən xəbər verir ki, həmin video klubun sosial şəbəkə hesabında ən çox baxılan material olub və 1,1 milyondan çox izlənmə toplayıb.
Endrik “Lion” forması ilə debütünü yanvarın 3-də edə bilər. Komanda “Monako” ilə qarşılaşacaq.
“Lion” ölkə çempionatında 16 turdan sonra 27 xal toplayaraq, turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.