“Real”a 30 milyon avroluq müdafiəçi təklif edilib

“Real” heyətini Niderland millisinin müdafiəçisi Natan Ake ilə gücləndirə bilər.

Newsport.az “Defensa Central”-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun çıxış etdiyi “Mançester Siti” onu satışa çıxarıb və qiymətini 30 milyon avro olaraq müəyyənləşdirib.

Akenin xidməti müdafiə xəttini gücləndirmək istəyən “kral klubu”na təklif olunub. Niderlandlı futbolçu 2020-ci ilin yayından etibarən İngiltərə təmsilçisinin formasını geyinir. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

Ake cari mövsümdə İngiltərə Premyer Liqasında 7 oyunda iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right