Messi “Barselona”da rəhbər vəzifə tuta bilər

Lionel Messinin gələcəkdə “Barselona”ya qayıtması istisna olunmur. Ancaq bu dönüş futbolçu kimi deyil, klubun rəhbər strukturlarından birində ola bilər.

Newsport.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Kataloniyalıların rəhbərliyi gələcək planlarında argentinalı futbolçunun klub sistemində rəhbər vəzifələrdən birinə dəvət olunması variantını nəzərdən keçirir.

Messi “Barselona” akademiyasının yetirməsidir. O, əsas komandada 2005–2021-ci illərdə çıxış edib. 38 yaşlı hücumçu hazırda “İnter Mayami”nin formasını geyinir. Onun ABŞ klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin sonuna qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right