Fransalı sabiq futbolçu Frank Leböf “Real”ın hücumçusu Kilian Mbappenin bu mövsümdəki çıxışı ilə bağlı fikirlərini bölüşüb.
Newsport.az “Goal”-a istinadən xəbər verir ki, o, Mbappenin hücumların sonlandırılmasında yüksək keyfiyyətə malik olduğunu vurğulasa da, komanda oyunu baxımından müəyyən çatışmazlıqlar gördüyünü bildirib:
“Mən ondan hələ də bir az daha artığını görmək istəyirəm. Məsələn, topu itirdiyi zaman az da olsa, geri qayıdıb komanda yoldaşlarına kömək etmək istədiyini göstərməlidir”.
Cari mövsümdə “kral klubu”nun ən məhsuldar futbolçusu olan Mbappe bütün turnirlərdə 24 oyunda meydana çıxıb, 29 qol vurub və 5 məhsuldar ötürmə verib.