Alaba ilə müqavilə uzadılmayacaq

"Real" mövsümün sonunda David Alaba ilə yollarını ayıracaq.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, avstriyalı müdafiəçinin gələn ilin yayında başa çatacaq müqaviləsi yenilənməyəcək.

33 yaşlı furbolçu 2021-ci ildən "Real"da çıxış edir. O, bu mövsüm cəmi 4 oyunda iştirak edib. Ümumilikdə isə "Real"da 120 oyuna çıxan futbolçu 5 qol vurub, 9 qol ötürməsi edib.

 "Transfermarkt"dakı məlumata görə, Alabanın bazar dəyəri 4 milyon avrodur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right