“Milan”ın sabiq hücumçusu Oliver Birhoff yayda İtaliya klubuna keçən Luka Modriç haqqında danışıb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, xorvatiyalı oyunçunun performansını yüksək qiymətləndirib:
“Hamı Modriçin səviyyəsini bilir. Onun hətta topu qazanmaqda belə, komandaya necə kömək etməsini çox bəyənirəm. Bəlkə də, həftədə bir oyun oynamaq ona kömək edir, bu, onun enerjisinə qənaət edir”.
Almaniyalı sabiq futbolçu 1998-2001-ci illərdə “Milan”da oynayıb və 1999-cu ildə İtaliya çempionluğunu qazanıb.