Slot: “Bu, ehtiyatsızlıq idi”

“Liverpul”un baş məşqçisi Arne Slot komandasının hücumçusu Aleksandr İsakın hansı müddətə oynamayacağını açıqlayıb.

İsveçli hücumçu Premyer Liqanın 17-ci turunda “Tottenhem”ə qarşı oyunda topuq nahiyəsindən zədə almışdı. Qeyd edək ki, hadisə İsakın hesabı açdığı anda baş vermişdi.

“O, uzun müddət, bir neçə ay oynaya bilməyəcək. Bu, həm onun, həm də bizim üçün acınacaqlı vəziyyətdir. Məncə, bu, ehtiyatsızlıq idi. Xavi Simonsun Virgil van Deykə qarşı etdiyi və bunun üçün meydandan qovulduğu qayda pozuntusu haqqında çox danışmışam, amma düşünürəm ki, orada zərbə qəsdən vurulmamışdı. Bu cür qayda pozuntusundan zədə almaq çətindir. Van de Venə gəldikdə isə, əgər bu cür qayda pozuntusunu 10 dəfə təkrarlasanız, hamısında ciddi zədə alma ehtimalı yüksək olacaq”, – deyə Slot “Sky Sports”a açıqlamasında bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right