“Ümid edirəm ki, Yamal eyni şəkildə davam edəcək” Frenki de Yonq

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq komanda yoldaşı Lamin Yamal haqqında danışıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı futbolçu haqda bunu deyib:

“Bu, həmişə Yamalın əsas xüsusiyyəti olub, o, güclü xarakterə malik olduğu üçün çətin şəraitdə oynamağı sevir. Ümid edirəm ki, bu keyfiyyətini itirməyəcək və eyni şəkildə davam edəcək”.

18 yaşlı cinah oyunçusu bazar günü “Vilyarreal”a qarşı La Liqa matçının (2:0) qəhrəmanlarından biri olub. O, bu mövsüm Kataloniya klubunun heyətində 20 matçda 9 qol vurub və 11 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right