“Salahın baş məşqçini tənqid etməsi rüsvayçılıq idi”

“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager növbəti dəfə İngiltərə klubunun hücumçusu Məhəmməd Salahın davranışları ilə bağlı danışıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, misirli futbolçunun “qırmızılar”ın baş məşqçisi Arne Slotu tənqid etməsini rüsvayçılıq adlandırıb:

“Bu, təhqir idimi? Bu, rüsvayçılıq idi. Kiminsə fərqli fikri olsa, etiraz etmirəm, amma bunu dəstəkləmək lazımdır”.

Ardıcıl üç oyunu ehtiyat oyunçular skamyasında keçirən Salah Slotu tənqid etmişdi və Afrika Millətlər Kubokundan sonra komandadan ayrılacağı haqda mesaj vermişdi. Buna cavab olaraq, baş məşqçi onu UEFA Çempionlar Liqasında “İnter”ə qarşı oyun üçün heyətdən çıxarmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right