"Liverpul"un futbolçusu "ən yaxşı" seçildi

"Liverpul"un hücumçusu Aleksandr İsak İsveçdə ilin ən yaxşı oyunçusuna verilən "Qızıl top" mükafatını qazanıb.

Newsport.az xəbər verir ki, İsveç Futbol Assosiasiyası və "Aftonbladet" qəzeti ilə əməkdaşlıq çərçivəsində İsaka mükafat təqdim olunub.

Qeyd edək ki, 26 yaşlı futbolçu bu il "Nyukasl", "Liverpul" və İsveç milli komandasında 42 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib. O, mükafat uğrunda "Arsenal"ın hücumçusu Viktor Dyekereşi geridə qoyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right