Messinin dəyəri azaldı Artıq ilk "3-lük"də deyil

"Transfermarkt" portalı MLS futbolçularının bazar dəyərinə dair növbəti yeniləməni açıqlayıb.

Newsport.az xəbər verir ki, Lionel Messi artıq liqanın ən dəyərli üç oyunçusu arasında yer almır.

Siyahıya “Los-Anceles Qalaksi”nin yarımmüdafiəçisi Riki Puç başçılıq edir. Onun dəyəri 18 milyon avro olaraq qiymətləndirilir. İkinci yerdə 17 milyon avro dəyəri olan “Los-Anceles”in hücumçusu Son Hin Min qərarlaşıb. Üçüncü pillədə isə “Sinsinnati”nin futbolçusu Evander yer alıb. Onun dəyəri 16 milyon avro qiymətləndirilir.

MLS-in ən bahalı 7 futbolçusunun siyahısı hazırda belədir:

Riki Puç (“Los-Anceles Qalaksi”) – 18 milyon avro

Son Hin Min (“Los-Anceles”) – 17 milyon avro

Evander (“Sinsinnati”) – 16 milyon avro

Emmanuel Latte Lat (“Atlanta”) – 15 milyon avro

Anders Dreyër (“San-Dieqo”) – 15 milyon avro

Rodriqo De Paul (“İnter Mayami”) – 15 milyon avro

Lionel Messi (“İnter Mayami”) – 15 milyon avro





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right