Marselo karyerasındakı ən çətin oyundan danışdı

Braziliya millisinin və “Real”ın sabiq müdafiəçisi Marselo futbolçu karyerasındakı ən çətin qarşılaşmanı xatırlayıb.

Newsport.az xəbər verir ki, o, bu barədə “Under The Goalposts” podkastında danışıb:

“2010-cu ildə “Barselona” ilə oyun, “Kamp Nou”da 0:5 hesabı ilə uduzduq. Sanki meydana bağlı gözlərlə çıxmışdıq. Meydanda topu görmürdük. O vaxt bizə qarşı Lionel Messi, Xavi Hernandes, Andreas İnyesta, Pedro oynayırdı. Pedro həmin dövrdə həqiqətən çox güclü idi”.

Marselo 2007–2022-ci illər arasında “Real”ın formasını geyinib. Onun karyerasında həmçinin, Braziliyanın “Fluminense” və Yunanıstanın “Olimpiakos” klubları da yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right