Sabiq futbolçu Salahı “yıxıb-sürüdü”

“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager “qırmızılar”ın hücumçusu Məhəmməd Salahın davranışını sərt tənqid edib.

Newsport.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, Salahın davranışının əsl utancverici olduğunu bildirib:

“Onun davranışı əsl utancvericidir. Salah komandaya maksimum zərər vurmağa qərar verdi… Baş məşqçiyə qarşı çıxmaq və onun istefasını tələb etmək üçün ən pis vaxtı seçdi”.

Misir millisinin 33 yaşlı hücumçusu sabah keçiriləcək UEFA Çempionlar Liqasının 6-cı turunda “İnter”lə matç üçün komandanın iştirak ərizəsindən çıxarılıb. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right