Flik Kundeni əvvəlki mövqeyinə qaytara bilər

“Barselona”nın müdafiəçisi Jül Kunde Ronald Arauxo ilə bağlı yaranan vəziyyətdən sonra yenidən müdafiənin mərkəzinə qayıtmağa hazır olduğunu bildirib.

Uruqvaylı futbolçu “Çelsi” ilə UEFA Çempionlar Liqasında 0:3 hesabı ilə başa çatan oyunda qırmızı vərəqə aldıqdan sonra ciddi psixoloji çətinliklər yaşayır. Klub rəhbərliyi Arauxoya mənəvi olaraq bərpa olunması üçün əlavə istirahət verib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi Hans-Diter Flik bu məsələ ilə bağlı Kundeyə müraciət edib. Söhbət zamanı fransalı futbolçu baş məşqçiyə müdafiənin mərkəzinə qayıtmaq və Arauxonun boşluğunu doldurmaq istədiyini bildirib.

Kunde hələ Xavi Ernandesin dövründə sağ cinah müdafiəçisi mövqeyinə çəkilmişdi. Başlanğıcda yeni rol onu qane etməsə də, zamanla buna uyğunlaşmışdı. Ancaq hazırkı problem ondadır ki, Flik Pau Kubarsi ilə tandemdə solaxay müdafiəçi görmək istəyir, Kundenin isə sağ ayağı işləkdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right