“Qərarlardan hiddətlənmişik” Xabi Alonso

“Real”ın baş məşqçisi Xabi Alonso La Liqanın son turunda “Selta”ya 0:2 hesabı ilə uduzduqları qarşılaşmadakı hakimlikdən ciddi narazılıq edib.

“Kral klubu” matçın son dəqiqələrində meydanda 9 nəfərlə qalıb. Əvvəlcə Fransisko Qarsiya, daha sonra isə ikinci qol ərəfəsində Alvaro Karreras qırmızı vərəqə ilə cəzalandırılıb.

Newsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında hakimin idarəçiliyini sərt tənqid edib:

“Qərarlardan hiddətlənmişik. Karrerasın qırmızı vərəqəsi çox qəribə və düşünülməmiş idi. Hakim “Selta”nın futbolçularına hər şeyi bağışlayırdı. Onun idarəçiliyi mənim xoşuma gəlmədi”.

“Real” bu məğlubiyyətə baxmayaraq, La Liqanın turnir cədvəlində 36 xalla ikinci yerdə qərarlaşıb. Liderliyi isə 40 xalla “Barselona” davam etdirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right