“Liverpul”un baş məşqçisi Arne Slot komandasının nəticələrdən göründüyü qədər pis olmadığına inanır.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, daha çox qol vurmalı və daha az top buraxmalı olduqlarını söyləyib:
“Nikbin olmaq üçün səbəbimiz var. Bəlkə də, cəmi iki matçda rəqiblərimiz bizdən daha çox qol şansı yaratdılar. Amma məsələ bunda deyil. Nəticə əldə etmək üçün daha çox qol vurmalı və daha az qol buraxmalıyıq”.
Liverpul Premyer Liqanın turnir cədvəlində səkkizinci yerdədir.
“Qırmızılar” şənbə günü yenə də qələbə qazana bilməyiblər və “Lids”lə 3:3 hesablı heç-heçə ediblər. Komanda son 10 liqa matçında cəmi 2 dəfə qalib gəlib.
”Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.