“Liverpul”un sabiq futbolçusu Stiven Cerrard komandanın hazırkı baş məşqçisi Arne Slotun yerinə namizədlərdən biridir.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis tezliklə istefaya göndərilərsə, Cerrard “qırmızılar”ın müvəqqəti baş məşqçisi ola bilər. Eyni zamanda, “Ayaks”da çalışmış Con Heytinqa da müvəqqəti vəzifə üçün nəzərdən keçirilir.
Cerrard yanvar ayında Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubundan ayrıldıqdan sonra işsizdir.
“Liverpul” şənbə günü “Lids”lə oyunda son dəqiqələrdə qol buraxaraq, 3:3 hesablı heç-heçə edib. Matçdan sonra ehtiyat oyunçular skamyasında qalan futbolçu Məhəmməd Salah Slotla münasibətlərinin pisləşdiyini bildirib.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.