İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo Vaşinqtonda keçirilən dünya çempionatının qrup mərhələsi üçün püşkatmada iştirak edib. Halbuki onun rəhbərlik etdiyi komanda hələ mundiala vəsiqə qazanmayıb.
Newsport.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis vəziyyətin gərgin olduğunu etiraf edib:
“Son iki dünya çempionatı bizsiz keçib, buna görə də təzyiq var və bunu hiss edirik. Bütün rəqiblərə hörmətlə yanaşırıq, amma heç kimdən qorxmuruq. Martda sürət yığmaq və dünya çempionatına vəsiqə qazanmaq üçün əlimizdən gələni etmək fundamental əhəmiyyət daşıyır”.
İtaliya millisi tarixində 4 dəfə dünya çempionu olub – 1934, 1938, 1982 və 2006-cı illərdə.