Adı "Neftçi" ilə hallanan məşqçi millini çalışdıra bilər

"Neftçi"nin baş məşqçi postuna namizədlər arasında göstərilən Viktor Qonçarenko Belarusda işləməyə yaxındır.

Newsport.az xəbər verir ki, hazırda işsiz olan 48 yaşlı mütəxəssis Belarus Futbol Federasiyasından təklif alıb.

Belarus mətbuatının iddiasına görə, o, milli komandanı çalışdıra bilər. Hazırda federasiya rəsmiləri ilə danışıqlar davam etdirilir.

Qonçarenko karyerası ərzində BATE(Borisov), "Kuban", "Ural", ÇSKA, "Ufa", "Nijni Novqorod" klublarında işləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right