“Real”ın qapıçısı Tibo Kurtua son oyunlardakı nəticələrlə bağlı fikirlərini bölüşüb.
Newsport.az “Football Espana”-ya istinadən xəbər verir ki, belçikalı qolkiper işləməli və öz güclərinə inanmalı olduqlarını deyib:
“Yüz faiz səy göstərməsək, xallar itirmək mümkündür. Artıq danışmağı dayandırıb, özümüzü nəticələrlə sübut etməliyik. Komanda daha yaxşı oynaya bilər. İşləməli və öz gücümüzə inanmalıyıq”.
Xabi Alonsonun komandası son matçda səfərdə “Atletik”i 3:0 hesabı ilə məğlub edib. “Real” hazırda turnir cədvəlində lider “Barselona”dan 1 xal geri qalır.