Sabiq futbolçu “Qarabağ”ın rəqibi haqda: “Yuxulu görünürdülər”

“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager keçmiş komandasının Premyer Liqada “Sanderlend”ə qarşı (1:1) oyunundan danışıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “qırmızılar”ın performansından narazı qaldığını bildirib:

“Performansın keyfiyyəti çox, çox narahatedici idi. Komandanın geri addım atdığı hiss olunurdu. Onlar qol vura bilmədikləri kimi görünürdülər. Enerji, temp, sürət və güc çatışmırdı. Bu, həqiqətən də narahatedici idi. “Liverpul” ilk hissədə dəhşətli idi. Yuxulu görünürdülər, hər şey çox yavaş görünürdü”.

”Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right