“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandanın mərkəz müdafiəçisi Lisandro Martinesin zədədən çoxdan gözlənilən qayıdışı ilə bağlı fikirlərini bölüşüb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“O, Luk Şou kimi mübarizə aparmalı olacaq. Martines təxminən bir ildir ki, sıradan çıxıb və indi tez bir zamanda heyətə qayıtmaq istəyir. Ona xatırlatmalıyıq ki, qayıdışı tədricən olmalıdır. O, hazırlaşır və özünü güclü hiss edir. Martines bizim daha güclü olmağımıza kömək edəcək. Mən ondan çox məmnunam”.
Argentinalı futbolçu uzun zaman idi ki, yırtılmış çarpaz bağdan əziyyət çəkirdi.