Avropa çempionatı Almaniyanın 8 stadionunda

Qadın futbolçular arasında 2029-cu il Avropa çempionatı Almaniyada keçiriləcək.

Newsport.az xəbər verir ki, bu barədə qərarı UEFA İcraiyyə Komitəsi qəbul edib və qurumun prezidenti Aleksander Çeferin xüsusi mərasimdə açıqlayıb.

Almaniya rəqiblərindən Polşa və Danimarka – İsveç birgə müraciətini üstələyərək seçilib.

Turnirdə 16 komanda iştirak edəcək və qarşılaşmalar Almaniyanın 8 şəhərində baş tutacaq:

Köln – Köln Stadionu
Dortmund – BVB Stadionu
Düsseldorf – Düsseldorf Arenası
Frankfurt – Frankfurt Arena
Hannover – Niedersachsenstadion
Leyptsiq – Leyptsiq Stadionu
Münhen – Futbol Arenası
Volfsburq – Volfsburq Arena

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right