Flik “Barselona” – “Atletiko” oyununa görə Dieqo Simeoneyə təşəkkür edib. Almaniyalı mütəxəssis argentinalı həmkarının vidalaşmadan getməsinə icazə verməyib.
La Liqanın 19-cu turu çərçivəsində baş tutan oyunda “Atletiko” “Barselona”ya 1:3 hesabı ilə məğlub olub.
Oyundan sonra əl sıxmağın tərəfdarı olmayan Madrid komandasının baş məşqçisi dərhal tunelə yollanıb. Kataloniyalıların baş məşqçisi isə həmkarı ilə görüşmək qərarına gəlib. Flik tunelin pilləkənləri ilə enən Simeoneni səsləyərək onu qucaqlayıb.