Modriç: “Zidanı uşaq kimi izləyirdik”

“Milan”ın yarımmüdafiəçisi Luka Modriç karyerasından danışıb. İtaliya klubuna bu yay keçən Xorvatiya yığmasının lideri azad agent kimi ayrıldığı “Real”ı xatırlayıb.

Newsport.az xəbər verir ki, tcrübəli oyunçu Zinəddin Zidanın madridlilərə rəhbərlik etdiyi dönəmdən danışıb: “Çempionlar Liqasında ardıcıl 3 titul. Onun paltardəyişmə otağında olması heyranedici idi. Biz onu uşaq kimi izləyirdik. Zidanla danışmaq, məşq etmək inanılmaz hadisədir”.

Modriç daha sonra işlədiyi Karlo Ançelottidən də bəhs edib: “İtaliyalı mütəxəssis təbiətcə sakit, məşqçi kimi fenomen idi. Onun xüsusi enerjisi var idi, futbolu əla bilirdi. Karlo komandanın nəyə ehtiyacı olduğunu gözəl anlayırdı, gözləntiləri hiss edirdi. Ançelotti futbolçuların potensialını üzə çıxarır, sonra ondan faydalanırdı”.

Luka Ançelottinin bütün oyunçulara güvəndiyini deyib: “Onunla əla zaman keçirirdik. Bəzən məşqdə bizimlə oynayırdı. Çox qaçmırdı, amma futbolçu kimi keyfiyyətini hiss etmək çətin deyildi”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right