“Qarabağ”ın rəqibi “İnter”in futbolçusunu istəyir

“İnter”in yarımmüdafiəçisi Davide Fratessi İtaliyanın başqa bir klubuna keçə bilər.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Napoli” oyunçuyla fəal şəkildə maraqlanır. Klub Kevin De Bruyne və Andre-Zambo Anqissanın zədələrindən sonra yarımmüdafiə xəttini gücləndirməlidir. Neapollulara dərhal keyfiyyətli oyun göstərə bilən oyunçu lazımdır.

”Napoli” daha əvvəl Fratessi üçün təklif hazırlayıb, lakin bu, “İnter” rəhbərliyi tərəfindən rədd edilib.

“Napoli” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right