“Qyokereşin hər həftə qol vura bilməsi lazımdır”

“Mançester Yunayted”in sabiq futbolçusu Luis Saha “Arsenal”ın hücumçusu Viktor Qyokereşin cari mövsümdəki çıxışını şərh edib.

Newsport.az “punditarena.com”-a istinadən xəbər verir ki, fransalı sabiq forvard, Qyokereşin hər həftə qol vura bilməsinin lazım olduğunu deyib:

“Onun hər həftə qol vura bilməsi lazımdır. Sadəcə, komandanın vacib matçlarında və ya çətin anlarında imkanları dəyərləndirə biləcək son parça olmalıdır”.

İsveçli hücumçu bu yay Lissabon “Sportinq”indən “Arsenal”a transfer olunub. O, cari mövsümdə 14 oyunda iştirak edərək, 6 qol vurub. Onun komandası bu tur səfərdə “Çelsi” ilə üz-üzə gələcək.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right