Azərbaycanı dünya çempionatında 11 boksçu təmsil edəcək

3-13 dekabr aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı 11 boksçu təmsil edəcək.

Bu barədə Newsport.az-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Yarışa 120-dən çox ölkə qatılacaq.

Azərbaycan komandasının heyətində Sübhan Mamedov (48 kq), Nicat Hüseynov (51 kq), Zəlimxan Süleymanov (54 kq), Ümid Rüstəmov (57 kq), Məhəmmədəli Aşurəliyev (60 kq), Maqsud Xasmetov (63,5 kq), Zaur Qəhrəmanov (67 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Səfərov (80 kq), Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) rinqə çıxacaqlar.

Mundialda Fuad Aslanovla Rövşən Qədirov hakimlər sırasında yer alacaqlar. Milli komandaya rəhbərliyi isə Azərbaycan Boks Federasiyası İdarə Heyətinin üzvü Rövşən Hüseynov edəcək.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right