“Messi – “Barselona” hekayəsi hələ bitməyib” Serxio Aquero

“Mançester Siti”nin və Argentina millisinin sabiq hücumçusu Serxio Aquero həmyerlisini – hazırda MLS-də, “İnter Mayami”də çıxış edən Lionel Messini tərifləyib.

Newsport.az “Stake”-ə istinadən xəbər verir ki, o, Messinin “Barselona” tarixinin ən önəmli futbolçusu olduğunu bildirib:

“Messi “Barselona” tarixinin ən önəmli futbolçusudur, əsl əfsanədir. Mən əminəm ki, o, yenilənmiş “Kamp Nou”da oynadıqda həqiqətən zövq alardı. Düşünürəm ki, onların hekayəsi hələ bitməyib”.

Messi “Barselona” akademiyasında yetişib və 2005–2021-ci illərdə klubun əsas komandasında çıxış edib. Hazırda onun “İnter Mayami” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right