Fransalı müdafiəçi "Real"a keçməyəcək

Mövsümüün sonunda "Liverpul"la müqaviləsi başa çatan İbrahima Konate "Real"a keçməyəcək.

Newsport.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

İspaniya klubu fransalı mərkəz müdafiəçisini heyətinə qatmaq fikrindən daşınıb. "Real" bununla bağlı Konatenin klubunu məlumatlandırıb.

26 yaşlı futbolçu "Liverpul"un yeni müqavilə ilə bağlı ilk təkliflərini qəbul etməyib. Tərəflər arasında müzakirələr davam edir.

Qeyd edək ki, Fransa millisinin üzvü olan Konate bu mövsüm "Liverpul"un heyətində keçirdiyi 18 oyunda 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right