Portuqaliya dünya çempionu oldu

Qətərin ev sahibliyi etdiyi FİFA U-17 dünya çempionatına yekun vurulub.

Newsport.az xəbər verir ki, mundialın qalibi Portuqaliya yığması olub.

Binonun baş məşqçisi olduğu komanda Əl-Rayyanda keçirilmiş həlledici görüşdə Avstriyaya qalib gəlib.

Finaldakı tək qolu 32-ci dəqiqədə Anisio Kabral vurub.

Bürünc medalları isə İtaliya yığması qazanıb. Onlar penaltilər seriyasında Braziliyanı 4:2 üstələyib.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right