Slot “Liverpul”un zədəli futbolçularının son durumundan danışdı

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasında “Vest Hem”lə oyundan öncə zədəli futbolçuların durumu barədə açıqlama verib.

Newsport.az xəbər verir ki, mütəxəssis qapıçı Alisson Bekker, yarımmüdafiəçi Florian Virtz və hücumçu Uqo Ekitikenin bazar günü baş tutacaq matçda iştirak edə biləcəyini bildirib. Slot Alissonun komanda ilə məşqlərə başladığını, Virtzin bərpa prosesini yekunlaşdırdığını, Ekitikenin probleminin isə ciddi olmadığını vurğulayıb.

Xatırladaq ki, Alisson və Virtz Çempionlar Liqasında PSV-yə məğlub olduqları (1:4) görüşü buraxmış, Ekitike isə həmin oyunda zədələnərək əvəzlənmişdi.

Qeyd edək ki, komandalar arasında qarşılaşma 30 noyabr tarixində baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right