“Məni qiymətləndirmədilər” “Barselona”nın futbolçusu

“Barselona”nın futbolçusu Rafinya bir daha builki “qızıl top” mükafatının nəticələri barədə danışıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı oyunçu səsvermədə beşinci yeri tutması haqda bunu deyib:

“Məni qiymətləndirmədilər. Düşünürəm ki, daha çoxuna layiq idim. Bəli, Çempionlar Liqasını qazana bilmədik, amma şəxsən inanılmaz bir mövsüm keçirdim. Niyə mükafatı qazanmadım? Qoy jurnalistlər bunu mənə izah etsinlər”.

Fransa millisinin və PSJ-nin oyunçusu Osman Dembele 2025-ci ilin “qızıl top” mükafatını qazanıb. İkinci yeri “Barselona”nın futbolçusu Lamin Yamal, üçüncü yeri isə PSJ-nin digər oyunçusu Vitinya tutub.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right