“Rəqib qələbəni tam şəkildə haqq etdi” Amorim

Premyer Liqanın 12-ci turunun son oyununda “Mançester Yunayted” öz meydanında “Everton”a məğlub olub.

Matça yaxşı başlayan meydan sahibləri erkən say üstünlüyü qazansalar da, bundan faydalana bilməyiblər. Komanda qısa müddət sonra avtoqolla hesabda geri düşüb (0:1).

“Mançester Yunayted” matçın qalan hissəsində də rəqib müdafiəsini yara bilməyib və geridönüşə nail olmaq alınmayıb.

Newsport.az “BBC Sport”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim görüşdən sonra rəqibin daha güclü olduğunu etiraf edib:

“Onlar həm 11, həm də 10 nəfərlə bizdən daha yaxşı oynadılar. Oyunda bizdə onların göstərdiyi intensivlik yox idi. Qələbəni tam şəkildə haqq etdilər”.

“Mançester Yunayted” növbəti turda “Kristal Pelas”la qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right