Fransalı futbolçu “Qarabağ”ın rəqibinə keçməyəcək

Avropanın aparıcı klubları “Bayern”in müdafiəçisi Dayo Upamekano uğrunda mübarizəni davam etdirir. Onun müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu artıq “Liverpul”a keçmək ehtimalını rəsmən inkar edib.

İngiltərə klubu onun üçün əsas namizədlərdən biri hesab olunsa da, futbolçu bu variantdan imtina edib.

Hazırda 27 yaşlı müdafiəçi uğrunda mübarizədə favoritlər “Real” və PSJ-dir. Hər iki klub onu heyətinə qatmaqda ciddi şəkildə maraqlıdır.

“Bayern” isə Upamkano ilə yeni müqavilə imzalamağa ümid edir. Danışıqlar davam edir, ancaq Upamekano hələlik razılıq vermir. Bununla belə, o, Münhendə xoşbəxt olduğunu deyir.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right