Fransa Liqa 1: “Lill”dən inamlı qələbə

Fransa Liqa 1-də 13-cü tura yekun vurulub.

Newsport.az xəbər verir ki, son gündə 5 oyun baş tutub.

“Nant” – “Loryan” və “Oser” – “Olimpik” (Lion) matçında qalib müəyyənləşməyib. “Tuluza” evdə “Anje”yə uduzub. “Brest” “Mets”i, “Lill” də “Paris”i xalsız yola salıb.

Hazırda 30 xalı olan PSJ vahid liderdir. Marsel “Olimpik”i və “Lans” 28, “Lill” 23, “Strasburq” 22 xalı toplayıb.

Fransa Liqa 1
13-cü tur
21 noyabr

Nitsa – Olimpik (Marsel) 1:5
Qollar: Ço, 63 – Obameyanq, 11. Qrinvud, 33; 53. Vea, 58. Payşao, 74.

22 noyabr

Lans – Strasburq 1:0
Qol: Qaniu, 69.

Renn – Monako 4:1
Qollar: Ait Budlal, 20. Kamara, 48. Embolo, 73. Blas, 83-pen – Bieret, 90+5.

PSJ – Havr 3:0
Qol: Li Kan, 29. J.Neves, 65. Barkola, 87.

23 noyabr

Oser – Olimpik (Lion) 0:0

Brest – Mets 3:2
Qollar: Mboup, 2. Dumbiya, 48. Del Kastilyo, 90+10 – Çitaişvili, 6. Kulibali, 79-öz qapısına.

Nant – Loryan 1:1
Qollar: Avaziem, 90+1 – Avaziem, 45+1-öz qapısına.

Tuluza – Anje 0:1
Qol: Belkdim, 16.

Lill – Paris 4:2
Qollar: Jiru, 40; 77-pen. Mandi, 80. Broholm, 90+6-pen – Gebbels, 11. Duke, 84. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right