Türkiyə Super Liqasında XIII turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, səfərdə "Rizespor"un qonağı olan "Fənərbaxça" ilk hissədə 0:2 hesabı ilə geri düşməyinə baxmayaraq, ikinci hissədə 5 qol vuraraq qələbə qazanmağı bacarıb.
Qeyd edək ki, "Fənərbaxça" bu qələbə ilə lider "Qalatasaray"la olan 1 xal fərqini qoruyub. "Rizespor" 14 xalla 11-ci pillədə yer alıb.