Poqba 2 il sonra yaşıl meydanlarda 85-ci dəqiqədə meydana daxil oldu

Poul Poqba iki ildən sonra ilk dəfə oyunda iştirak edib.

Newsport.az xəbər verir ki, “Monako”nun yarımmüdafiəçisi “Renn”lə qarşılaşmada 85-ci dəqiqədə, komandası 0:4 hesabı ilə məğlub olarkən meydana daxil olub. Bu, onun 2023-cü ilin sentyabrından bəri ilk matçıdır.

Xatırladaq ki, həmin oyundan sonra fransız futbolçu dopinqə görə cəzalandırılmışdı (diskvalifikasiya 2025-ci ilin martında başa çatıb).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right