Şevçenko: “Bu, əla futbol axşamı olacaq”

Ukraynalı sabiq futbolçu Andrey Şevçenko qarşıdan gələn “İnter” – “Milan” derbisi haqqında danışıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər iki İtaliya komandasının ən yaxşı oyunlarını göstərəcəyinə və azarkeşlərə unudulmaz bir matç təqdim edəcəyinə əmindir:

“Düşünürəm ki, bu, əla futbol axşamı olacaq. Hər iki komanda yüksəlişdədir və mən əla oyun gözləyirəm”.

“İnter” – “Milan” oyunu noyabrın 23-də keçiriləcək.

Şevçenko 1999-cu ildən 2006-cı ilə qədər “Milan”da oynayıb. Komanda hazırda İtaliya A Seriyasının turnir cədvəlində 3-cü yerdədir. Klub sonuncu dəfə çempionluğu 2022-ci ildə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right