Byelsa milli komandadan ayrılmaq fikrində deyil

Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa postundan ayrılmaq niyyətində deyil.

Newsport.az xəbər verir ki, son günlər argentinalı mütəxəssisin mümkün gedişi ilə bağlı yayılan xəbərlərə baxmayaraq, 70 yaşlı çalışdırıcı vəziyyətə aydınlıq gətirib.

Byelsanın Uruqvay Futbol Assosiasiyası ilə müqaviləsinin müddəti ilin sonunda başa çatacaq. Federasiya rəhbərliyinin əməkdaşlığı davam etdirməkdə tərəddüd etdiyi bildirilir. Buna baxmayaraq, o, özünü hələ də enerjili və işə hazır hesab etdiyini açıqlayıb:

“Mən hələ də güclüyəm və dünya çempionatına hazırlıq ərəfəsində Uruqvay millisi ilə işləməyə hazıram. Amma futbolçular mənim getməyimi istəyirlərsə, bunu şəxsən deyə bilərlər”.

2023-cü ilin mayından Uruqvay millisinə rəhbərlik edən Marselo Byelsa komandası ilə birlikdə DÇ-2026-ya vəsiqə qazanmağı bacarıb. Onlar Cənubi Amerika zonasında seçmə mərhələni turnir cədvəlinin 4-cü pilləsində başa vurublar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right