Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Newsport.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. O, UEFA Konfrans Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində noyabrın 27-də keçiriləcək “Universitatya Krayova” (Rumıniya) – “Maynz” (Almaniya) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Krayova şəhərində Yon Oblemenko adına stadionda baş tutacaq.