Adeyemi “Borussiya”dan ayrılır

Kərim Adeyemi “Borussiya”dan ayrılacaq. Almaniyalı hücumçu yayda Dortmund klubunu tərk etməyə qərar verib.

Newsport.az xəbər verir ki, Nigeriya əsilli oyunçu 2022-ci ildən çıxış etdiyi Bundesliqa klubunun iddialarından məmnun deyil. O, titul uğrunda mübarizə aparan komandada çıxış etmək istəyir.

“Zalsburq”dan 30 milyon avroya transfer edilən hücumçunun dəyəri ikiqat artıb. Dortmundlular növbəti mövsümün sonunda başa çatacaq müqavilənin yenilənməsi təklifnə rədd cavabı aldığı üçün Adeyemini satmağın əleyhinə deyil.

Hazırda Kərimə iki real müştəri var. “İnter” transfer dəyərinin böyük olmasına görə tərəddüd edir, “Mançester Yunayted” isə Adeyemi ilə ciddi maraqlanır. Transferl bağlı qərar hücumçunun mövsümün qalan hissəsində özünü necə göstərməsindən asılı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right