"Barselona" 2005-ci ildə "Santiaqo Bernabeu"da "Real" üzərində qələbəyə həsr olunan forma hazırlayıb.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kataloniya təmsilçisi 4-cü formasını təqdim edib və fotolara bu şərhi yazıb: "2005-ci il noyabrın 19-da "Real"a qarşı səfər qələbəsini xatırlayırıq".
Sözügedən görüş 3:0 hesabı ilə yekunlaşmışdı. "Barselona"nın qollarını Samuel Eto'O və Ronaldinyo (dubl) vurmuşdular.
Qeyd edək ki, bu mövsüm La Liqanın 10-cu turunda "Real" doğma meydanda "Barselona"ya 2:1 hesabı ilə qalib gəlib.