Xavyer Paskual “Barselona”nın basketbol komandasına qayıdıb. O, katalon klubu ilə müqavilə imzalayıb.
Bu məlumatı mütəxəssisin agenti Vadim Mixalevski təsdiqləyib.
53 yaşlı mütəxəssis 2008-ci ildən 2016-cı ilə qədər İspaniya klubunu çalışdırıb, “Barselona” ilə birlikdə Avroliqa çempionu olub və son mövsümlərini “Zenit”də keçirib.
Hazırda “Barselona” 6 qələbə və 4 məğlubiyyət ilə Avroliqanın turnir cədvəlində yükəsk pillələrdə qərarlaşıb. Paskualın müqaviləsi 2028-ci ilə qədərdir.