İngiltərəli yarımmüdafiəçi Avropa klublarının hədəfində

"Lion"un futbolçusu Tayler Morton Avropanın bir çox klubunun transfer siyahısında yer alıb.

Newsport.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

"Kristal Pelas", "Vest Hem", "Ayaks" və "Sportinq" 23 yaşlı dayaq yarımmüdafiəçisini transfer etmək istəyir. İngiltərəli oyunçunun niyyəti ölkəsinə qayıtmaqdır. Klubu onun transferi üçün 20 milyon avro tələb edir.

Qeyd edək ki, Tayler Morton bu mövsüm "Lion"un heyətində keçirdiyi 15 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right