İsak hələ məşqə başlamayıb

“Liverpul” “Real”la oyunda bəzi oyunçularının xidmətindən istifadə edə bilməyəcək.

Newsport.az xəbər verir ki, İngiltərə nəhəngi bu gecə Çempionlar Liqası matçında 3 əsas oyunçusundan məhrumdu. Bu, baş məşqçi Arne Slotu qayğılandırsa da, niderlandlı mütəxəssis qonaqları məyus yola salmağı planlaşdırır.

Slotu əsasən yeni transfer Aleksander İsakın yoxluğu narahat edir: “İsveçli hücumçumuzun “Real”a qarşı oynamayacağı dəqiqdir. O, həftəsonu “Mançester Siti” ilə matçın heyətində yer ala bilər, amma hələlik komand ilə birgə məşqlərə qatılmır. Qarşıdakı günlrdə qərar verəcəyik”.

Xatırladaq ki, mersisaydlıların digər önəmli itkiləri Alisson və Jeremi Frimponqdur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right