Sabah Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı start götürəcək.
Newsport.az-ın məlumatına görə, mundialın ilk günlərində sərbəst güləş üzrə mübarizə baş tutacaq. Məsul yarışda ölkəmizi baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 9 güləşçi təmsil edəcək. Bu gün keçirilən püşkatma mərasimindən sonra pəhləvanlarımızın ilk rəqibləri müəyyənləşib.
57 kq
1/8 final: Əfqan Xaşalov - Roberto Alexandro (Meksika)
61 kq
1/16 final: Kənan Heybətov - Yaroslav Xurski (Ukrayna)
65 kq
1/16 final: Əli Rəhimzadə - Yunsik Yun (Koreya)
70 kq
1/8 final: Turan Bayramov - Adam Batırov (Bəhreyn) / Zaur Əfəndiyev (Serbiya)
74 kq
1/16 final: Coşqun Əzimov - Mathayo Mahabila (Keniya)
79 kq
1/8 final: Əşrəf Aşırov - Axşarbek Qulayev (Slovakiya)
86 kq
1/16 final: Abubakr Abakarov - Ahmed Dudarov (Almaniya)
92 kq
1/8 final: Osman Nurməhəmmədov - Prutviraj Patil (Hindistan)
97 kq
1/8 final: İslam İlyasov - Aleksandr Xuştin (Belarus)
Qeyd edək ki, sabah 61, 74, 86 və 125 kq-da çıxış edən sərbəst güləşçilər xalçaya çıxacaq. Oktyabrın 3-də 57, 65, 79 və 92, ayın 4-də isə 70 və 97 kq-da yer alan pəhləvanlar mübarizəyə qoşulacaq. Görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.