Azərbaycanın taekvando üzrə milli komandası Tokio-2020-də mübarizəyə başlayıb.
Newsport.az xəbər verir ki, ilk olaraq 67 kq çəki dərəcəsində yarışan qadın idmançımız Fəridə Əzizova döyüş meydanına çıxıb. O, 1/8 finalda ABŞ təmsilçisi Peyc Makfersonla qarşılaşıb və 5:8 hesabı ilə məğlub olub.
Fəridə Əzizova Tokio-2020-də Azərbaycan milliisinin bayraqdarlarından biri olub.
Digər taekvonduçumuz Milad Beigi Herçeqani isə uğurlu start veribş. 80 kq çəki dərəcəsində yarışan idmançımız 1/8 finalda Çin Taypeyini təmsil edən Liu Vey-Tinq üzərində 15:11 (0:0, 6:7, 9:4) hesabı ilə qalib gəlib və 1/4 finala yüksəlib.
Hərçəqani bu mərhələdə Özbəkistanı təmsil edən Nikita Rafaloviçlə üz-üzə gəlib. Görüş rəqibin 12:1 hesablı qələbəsiylə başa çatıb.
Beləliklə, Azərbaycanı taekvondo yarışlarında təmsil edən hər iki idmançı Tokio-2020 ilə vidalaşıb.