Kişi boksçulardan ibarət Azərbaycan millisi Avropa Olimpiya Təsnifat Turnirində qazanılan lisenziya sayında 3-cü olub.
Newsport.az saytının məlumatına görə, ötən il Böyük Britaniyanın paytaxtı Londonda başlayan, koronavirus pandemiyası üzündən dayandırılaraq bu il Fransanın paytaxtı Parisdə davam etdirilən yarışda ümumilikdə kişilərin 8 çəki dərəcəsində 50 vəsiqə sahibini tapıb.
5 vəsiqə qazanan yığmamız yalnız Böyük Britaniya və Rusiya Olimpiya Komitəsindən geri qalıb. Bu iki ölkə 7 lisenziya qazanıb.
Ümumilikdə isə turnirdə 18 ölkə Tokio-2020-yə vəsiqə əldə edib.